“Keçən ilin son aylarında İnternetdən qanunsuz olaraq 9 milyon kitab yüklənib. Bunu İnternetin monitorinqini aparan “Attributor” şirkəti öz hesabatında yazır.
Dünyanın bir sıra böyük nəşriyyatlarının sifarişi ilə beynəlxalq şəbəkədə araşdırma aparan “Attributor” İnternetdəki 25 saytın surətini çıxarıb. Həmin saytlarda biznes dərsliklərindən tutmuş populyar romanlara qədər yüzlərlə kitab təklif edir. Məsələn, tanınmış Amerika yazıçısı Den Braunun “Angels & Demons” əsəri 8000 dəfə qanunsuz yüklənib.
“Attributor”un rəhbəri Rich Pearson deyir ki, belə qanunsuz yükləmələr nəşriyyatlara 3 milyard dollara qədər ziyan vurub.
Amma bəziləri hesab edir ki, bu rəqəm şişirdilib, çünki kitabları İnternetdən qanunsuz olaraq yükləyən şəxslərin bir çoxu heç vaxt həmin kitabları pul verib dükandan almazdılar.”
Bəs siz necə,internetdən hansı kitabları yükləmisiz?