Duyğulara tez qapılan kifayət qədər insan var ətrafımızda.
Bəziləri həzin bir musiqi dinləyib göz yaşlarına hakim ola bilməz
Bəzisi xoş bir anın təsirindən göz yaşı axıdar...
Bəzisi Sevinc göz yaşlarında boğular...
Bəzisi keçmiş günləri xatırlayaraq göz yaşı tökər
Bizi əhatə edən hər bir əşyada hər bir varlıqda bizi keçmişə qaytaracaq nüanslar,keçmişi bir daha yaşamağımıza kömək edəcək xatirələr gizlidir..
Hər zaman o xırda olan nüanslar gözə dəydikcə keçmiş günlər canlanar gözlər önündə.
Istəsən də istəməsən də qısa müddətlik keçmişə səyahhət etmiş olarsan
Bəzən isə bu nüansları izlədiyimiz filmlərdə,kliplərdə görə bilərik...
Duyğulara tez qapanan insanları göz yaşı axıtmağa vadar edən səbəblərdən biri də Filmlərdir.
Bəzən həyatda heç nəyə əyilməyən insanlar belə hər hansısa bir filmi seyr edərkən istər istəməz yanaqlardan 2 damla göz yaşı axıdırlar.
Ümumiyyətlə Bir sıra insanlar seyr etdiyi filmin nəinki bir tamaşaçısı artıq özünü həmən filimdə,hadisələrin mərkəzində hiss edir.
Bu da əsəb pozğunluğu,pis əhval ruhiyyə bəzən isə xoşbəxt anlar bəxş edir
Əziz userlər...
İzləyərkən göz yaşlarınıza hakim ola bilmədiyiniz klip?
İzləyərkən göz yaşlarınıza hakim ola bilmədiyiniz Film?
Və dinləyərkən kövrəldiyiniz musiqinin adını qeyd etməyi unutmayın.