Çox oğlanlar sevdiyi qızın rəfiqəsi olmasını sevməzlər... Bu cür oğlanlar deyirlər ki, “sənin həyat yoldaşın da, rəfiqən də, dostun da, bir sözlə, hər şeyin də mənəm, neyləyirsən rəfiqəni?” Bəlkə, bu mövzum, sualım bir çoxlarınıza qəribə, gülünc gələcək, bəlkə də, əgər bəziləriniz bu cür hallarla qarşılaşmısınızsa, mənimlə razılaşacaqsınız. Kişilərin bəziləri niyə sevdiklərinin, nişanlılarının, həyat yoldaşlarının rəfiqəsi olmasına narazıdırlar? Sizcə, bu nədən irəli gəlir? Forumdakı oğlan userlərimizin fikirlərini bilmək çox maraqlı olardı... Siz necə? Sevdiyiniz qızın rəfiqəsi olmasına necə münasibət bəsləyirsiniz? Qızlar da bu mövzuda düşüncələrini bölüşə bilərlər. Buyurun... Fikirlərinizi bölüşün...