Kövrək insanların qəlbinə tez dəymək olur. Onlar hər bir cüzi anlaşılmazlıqdan inciyən, ağlayan və bəzən də neqativ halları tez unuda bilirlər. Kövrək, həssas insanlar - psixoloji termin kimi Sentimental fərd adlanırlar. Nədənsə, qadınlarda bu hissiyat və həssaslıq güclü inkişaf etdikdə, hamı bunu normal qəbul edir. Lakin kişidə....  kişidə bu biraz qəliz məsələdir. Sentimentallıq kişilərə yaraşan keyfiyyət hesab oluna bilərmi? Kövrəklik hər bir insana məxsusdur...Bəs niyə cinsiyyətə ayıraraq kişiləri bundan məhrum etməyə, uzaqlaşdırmağa çalışırıq? Bu haqda heç düşünürsünüzmü?