Geyim rəngi və xasiyyət
.Ağ- bütün rənglərin sintezini təşkil edib,ideal rəng hesab olunur. Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük veririlər. Bir çox dünya ölkələrində ağ rəng bir neçə cür yozulur. Ağ rəng paklığ, bəzilərində isə ölümü simvolizə edir. Ağ rəngə üstünlük verənlər təmizliyi sevir, şad evə səliqəli insanı kimi xatırlanır.
Qara - ağ rəngin əksidir. Qara ilk baxışdan bədbinliyi təmsil edir. Bu rəngə üstünlük verən insan özünə qapalı, eyni zamandan ciddi xarakterə malik olub, özündən razı olur. Dəb baxımından qara rəng insanı bir neçə kq arıq göstərir. Qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir.
Boz - neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən iş adamları boz rəngli kostyumlara üstünlük verirlər. Dəblə geyinən insan boz rəngli aksesuarlar taxıb geyim stilini dəyişir.
Qırmızı- ehtiras rəngidir. Bu rəng cəsarətli hökmlü, tez coşan insanların rəngidir. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng qadının özünə inamını artırır. Bu rəngi sevməyən insanlar konfilikt və davadan uzaq olub tək qalmağı sevirlər.
Narıncı - xəyalpərəst insanların rəngidir. Bu rəng qeyri-adi istedaddan, yaradıcılıqdan xəbər verir. Bu rəngi sevənlər özünə hesabat verməyi sevmirlər. Onların həyat tərzi sevinc və əyləncədir.
Göy və mavi - səma, dəniz sonsuzluq rəngidir. Lakin bu sakitliyin arxasında güclü ehtiras dayanır. Bu rəngi sevən qadınlar çox əsəbi olurlar, emosionallığı, romantizmi, xoş xasiyyəti ilə fərqlənirlər.
Yaşıl - təbiət rəngi olub, sakitliyi sevənlərin rəngidir. Eqoistdirlər, həyatın bütün çətinliklərini aşmağa qadirdirlər.
Sarı - dəyişkən xasiyyətli, intelektual insanların rəngidir. Xasiyyətce yüngül insanları xarakterizə edir. Bu tip insanlar hər şeylə maraqlanırlar.
Bənövşəyiİ - geyimlərində bu rəngə üstünlük verənlər romantik, emosional, daim axtarışdadırlar. Onlar kəşf etməyi sevirlər, həyatın sirlərini acmağa can atırlar. Tünd bənövşəyi rəngi sevənlər isə depressiyaya tez-tez düşürlər.
Bej və qəhvəyi - bu rəngi sevənlər öz zövqlərinə etibar etmirlər. Rənglər diqqət cəlb etməyib sakitliyi, komfortu təmsil edir. Bu rənglərdə geyinən insanlar zəif xarakterli olurlar...