Fikir verirəm qadın bölməsində, istərsə kişi bölməsində qadın və kişinin ikisini bir arada tutan mövzular, yox dərəcəsindədi..Bilmirəm insanları cinsəlləşdirmək, ayrıseçicilik salıb balansı pozmaq nə dərəcədə düzgündür.
Kişi İşi, Qadın İşi sözləri ilə razılaşırsız? məsələn Siyasət kişilərin işidir.Məsələn Memar qadın və yaxud heykeltaraş qadın..Halbuki tarixə adını yazdıra bilmiş qadın heykəltəraş, qadın memar yox kimidir.Düzdü "Hər müvəffəqiyyətli kişinin arxasında bir qadın vardır". Ya da "taxtın arxasındakı güc qadındır" kimi bərkimiş sözlərin altında da böyük bir həqiqət yatar. Kənar yandan kişilərin yaratdığı bu mədəniyyət, qadınların sevgisi təməlində və qadınlar bahasına yüksəlmişdir.
Bizim deyişimizlə kişi və qadın "bir almanın o biri yarısı"dır. Bu o biri yarı primitiv komunal cəmiyyətdə hər hansı bir ikilik ya da əleyhdarlıq meydana gətirməz. Çünki həqiqətən hər iki sabahın üzləri bir-birinə dönükdür. Qarşılıqlı asılılıqları isə bir-birlərini tamamlama şəklindədir.
Bəzən iş yerində ümumiyyətlə qadınlarda bu fikirə rastlaşıram..Bir Qadın iş yoldaşım deyir: Kişi suveren dəyərlər qadını ictimai ya da siyasi sahədən uzaq tutur xüsusi sahəyə həbs etdiyi kimi ona passiv, itaətli, tabe olma və həssas davranmağı uyğun hesab edir?.
Sizcə bu zaman Balans Pozulur?