YAP`ın millət vəkili Nizami Cəfərov deyir : "Azərbaycandan xaricdə sığınacaq istəyəcək adam təsəvvür etmirəm". Amma təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Nizami müəllimin cümləsindəki feli, yəni `etmirəm` i, `etmək istəmirəm`lə əvəz etmək daha doğru olardı. Belə ki, ötən il xaricdə sığınacaq istəyən azərbaycanlıların sayı 36% artıb. Bu barədə BMT-nin qaçqınlar üzrə Ali komissarlığının martın 23-də açıqlanan hesabatında deyilib.
Necə düşünürsünüz, azərbaycanlıları xaricdən sığınacaq istəməyə təhrik edən başlıca səbəblər hansılardır?
Bunda günahkar kim(lər)dir?